Prezident Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib
30.10.2020 20:27 Prezident

Prezident Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev xanım Berna Yılmaza başsağlığı verib.

"MediaPost"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli xanım Yılmaz.

Həyat yoldaşınız – qardaş Türkiyə Respublikasının dövlət xadimi və siyasi xadim Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, əzizlərinizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Xəbərlər departamenti

Gündəm