Prezident pensiya haqqında qanuna dəyişikliyi imzaladı
23.01.2023 21:58 İqtisadiyyat

Prezident pensiya haqqında qanuna dəyişikliyi imzaladı

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

"MediaPost" xəbər verir ki, dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından yalnız son üç il üçün tutulur. İndiyə qədər isə artıq ödənilən bütün məbləğ geri tutulurdu.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir

Gündəm