Prezident Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019 14:37 Rəsmi

Prezident Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib

Mediapost.az xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Dünya dini liderlərinin ikinci Sammitinin əhəmiyyəti qeyd edilib. Bu tədbirdə dünyanın bir sıra ölkələrindən böyük nümayəndə heyətlərinin, nüfuzlu ictimai və din xadimlərinin iştirakından məmnunluq ifadə olunub.

Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarın dinlərarası dialoq və Azərbaycanla bağlı fikirlərinin önəmi vurğulanıb. Şlomo Amar Azərbaycana səfərindən və dünya dini liderlərinin sammitində iştirakından dərin məmnunluq hissi keçirdiyini bildirərək ölkəmizə və dövlətimizin başçısına xeyir-dualarını çatdırıb.

Xəbərlər departamenti

Gündəm