Prezident Sumqayıta 6,4 milyon manat ayırıb
27.01.2020 14:42 Rəsmi

Prezident Sumqayıta 6,4 milyon manat ayırıb

"MediaPost" xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm