Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi
07.02.2023 11:41 Xarici siyasət

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

"MediaPost"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Dövlət başçısı həmçinin Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edib.

Prezidenti İlham Əliyev daha sonra Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edib.

Xəbərlər departamenti

Gündəm