Prezidentin köməkçisi: "5 saata 100-dən çox mərmi atılıb"
26.10.2020 17:58 Siyasət

Prezidentin köməkçisi: "5 saata 100-dən çox mərmi atılıb"

“Saat 08.00-dən 13.00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarının ərazisinə 100-dən çox top mərmisi atılıb, mülki vətəndaşlar hədəf alınıb”.

“MediaPost”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib: 

“Bu, Ermənistanın humanitar atəşkəslə bağlı öhdəliklərini necə yerinə yetirdiyini göstərir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”.

Xəbərlər departamenti

Gündəm