Prezidentin köməkçisi məscidlərin açılması məsələsindən danışdı
08.08.2020 10:37 Gündəm Cəmiyyət

Prezidentin köməkçisi məscidlərin açılması məsələsindən danışdı

"Təəssüf ki, biz hələ məscidlərin açılmasına gedə bilmərik.

"MediaPost" xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqdə çıxışı zamanı deyib.

O, kütləvi toplaşmaların yoluxma riskini artırdığını söyləyib: "Hamımız anlamalıyıq ki, bu il çox xüsusi bir ildir. Bildiyiniz kimi, bu il hətta Həcc ziyarəti çox qeyri-adi bir formada keçirildi. Bu gün virusun yayılmasının sürətini mümkün qədər azaltmalıyıq. Ona görə də məscidlərin açılması hələ ki, müzakirə olunmur".

Billurə Yunus / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm