Prezidentin köməkçisi yumşalmaların növbəti mərhələsindən danışdı
08.08.2020 09:32 Gündəm

Prezidentin köməkçisi yumşalmaların növbəti mərhələsindən danışdı

"Yoluxmaların sayı kifayət qədər aşağı səviyyədə getsə, epidemioloji nəzarəti saxlaya bilsək, növbəti yumşalmalara gedəcəyik".

"MediaPost" xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqdə çıxışı zamanı deyib.

"Hamımız birgə bunu edə bilməsək, biz bunları ya növbəti mərhələyə saxlamağa məcbur olacağıq, ya da ümumiyyətlə, buna gedə bilməyəcəyik", - deyə o bildirib.

Billurə Yunus / "MediaPost"

Xəbərlər şöbəsi

Gündəm