Prokurorluq Əfqan Nağıyevin ev dustaqlığına buraxıldığını rəsmən təsdiqlədi
10.08.2020 10:13 Gündəm Cəmiyyət

Prokurorluq Əfqan Nağıyevin ev dustaqlığına buraxıldığını rəsmən təsdiqlədi

Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

“MediaPost”un məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.  

Baş Prokurorluğun mətbuat xidmətindən "MediaPost"-a faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Əcəmi Əsədulla/MediaPost

Xəbərlər şöbəsi

Gündəm