Promete: “Biz o kanalı heç siyahımıza belə salmırıq”
24.01.2020 09:58 Fikirlər

Promete: “Biz o kanalı heç siyahımıza belə salmırıq”

Hər keçən gün inkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə sirayət etməkdədir. Virtual məkan genişləndikcə internetdə mövcud olan sosial media platformalarının da sayı artır.

Onu demək yerinə düşər ki, bu paltformalar informasiyanın operativliyi və yayımlanması miqyası baxımından ənənəvi medianı geridə qoyub. Bəzi insanların fikrinə görə, hətta bir vaxtlar “hökmranlıq edən” televiziyaların da ictimai fikrə təsir imkanları azalıb.

Ötən gün reper Elşad Xose müsahibəsi zamanı sosial medianın televizayanı geridə qoyması məsələsinə toxunub. O bildirib ki, artıq televiziyanın vaxtı gedib:

“Sosial şəbəkələr kifayət edir. Şəxsən mənim üçün bəs edir. Nə var axı bizim efirlərdə? Efirə niyə çıxmalıyam ki?”

Mövzunu gündəmdə saxlayaraq bu barədə reper Pərviz İsaqovun (Promete) fikirlərini öyrəndik.

Promete: “Biz o kanalı heç siyahımıza belə salmırıq”

“Mediapost”a açıqlama verən reper bu fikirlə tam razılaşmadığını bildirib: “İnternet gündəmə gələndən, xüsusilə “Youtube”, “İgtv” və digər video platformaları peyda olduqdan sonra televiziyaların işi bir balaca çətinləşib. Amma bu o demək deyil ki, televiziya erası bitmiş sayılır. Qətiyyən razı deyiləm. Televiziyaların ən populyar dövrü olan 2000-lərin əvvəlində kitaba-jurnala diqqət olmayan bir dövrdə Elşad “Elman” kişi dərgisinin baş redaktoru idi. Onda heç kim qalxıb demirdi ki, jurnalların erası bitib. Məsələ vasitə deyil, kontentdir. Bəli, bir çox TV-lər elə verilişlər hazırlayır ki, biz onlara görə o kanalı heç kanal siyahımıza belə salmırıq. Amma elə kanallar da var ki, onların verilişlərinə efirdə gedəndə də baxırıq, üstəlik, bir də internetdə təkrar axtarıb, baxırıq”.

Promete: “Biz o kanalı heç siyahımıza belə salmırıq”

İctimai Televiziyada musiqi, əyləncəli və xüsusi layihələr departamentinin direktor müavini olan Əziz Əliyev isə “MediaPost”-a açıqlamasında televiziyanın ikinci plana keçdiyini söyləyib: “Bəli, bu gün doğrudan da sosial media televiziyanı üstələyir. Hələ ki televiziya məğlub durumdadır. Bunun bir çox səbələri var. Məsələn, hər kəs telefonundan istifadə edərək məlumat əldə edə bilər. Digər yandan saytlar daha çox şəbəkələşib. Başqa bir səbəb televiziya kontenlərinin zəif olmasıdır. 21 əsr sosial media əsridir desək, yəqin yanılmarıq”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm