Psixoloqdan koronavirusa görə bu insanlara xəbərdarlıq: "Olduqca təhlükəlidir"
15.04.2020 22:38 Dünya

Psixoloqdan koronavirusa görə bu insanlara xəbərdarlıq: "Olduqca təhlükəlidir"

Rusiyalı psixoloq koronavirusa qarşı ən həssas iki insan tipi haqda fikirlərini bölüşüb.

“MediaPost” 'Sputnik" agentliyinə istinadən xəbər verir ki, rusiyalı psixoloq Sergey Lanq bildirib ki, koronavirusa qarşı ən həssas olan insanlar, bu virusa yoluxmaqdan həddindən artıq qorxanlardır. Bu insanlar böyük risk altındadırlar. İkinci ən həssas tipə aid insanlar isə bu virusun təhlükəsini yetərincə anlamayanlardır: “Məsələn elə insanlar var ki, onlarda koronavirusun əlamətləri özünü biruzə versə də, bunu ciddiyə almırlar,adi soyuqdəymə kimi qarşılayırlar və təcrid qaydalarına əməl etmirlər. Yəni “mənə heç nə olmaz” düşüncəsi ilə yaşayırlar. Bu isə olduqca təhlükəlidir”.

Psixoloqun sözlərinə görə, virusa yoluxmaqdan qorxmaq, insanları daim vahimə və stres içində saxlayır: “Elə tip insanlar var ki, xəstəliyin simptomlarını özlərində hiss etməkdən çox qorxurlar. Nəticədə isə sinir sistemi və ürəkdə problemlər yaranır. Bu tip insanlar da həssas qrupa aiddirlər”.

Sergey Lanq bildirib ki, xəstəlikdən qorunmağın ən yaxşı yolu əlləri tez-tez yumaq, sosial məsafə saxlamaq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl etmək və mənfi düşünməməkdir.

Xəbərlər departamenti

Gündəm