Psixoloqların diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlanıb
11.12.2019 16:37

Psixoloqların diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlanıb

Bu barədə Mediapost.az-a Təhsil Nazirliyindən məlumat verilib.

İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Xəbərlər departamenti

Gündəm