PSJ-nin sabiq futbolçusu Azərbaycan klubunda - FOTO
30.01.2020 15:38 Futbol

PSJ-nin sabiq futbolçusu Azərbaycan klubunda - FOTO

"MediaPost" xəbər verir ki, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 26 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

Jerar peşəkar karyerasına yetirməsi olduğu PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Anası əlcəzairli olan və Fransa ilə bərabər Əlcəzair vətəndaşlığı daşıyan futbolçu 2018-2019-cu illərdə Belçikanın I divizion klubu “Yunion”un formasını geyinib.

PSJ-nin sabiq futbolçusu Azərbaycan klubunda - FOTO

Xəbərlər departamenti

Gündəm