Pul alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - FOTO
23.01.2020 07:14 Hadisə

Pul alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - FOTO

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq deyib ki, faktla bağlı araşdırmalar aparılıb.

“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhər ərazisində yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm