Putin Bəşər Əsədlə danışıb
09.11.2020 17:22 Dünya

Putin Bəşər Əsədlə danışıb

Rusiya prezidenti Vladimir Putin ilə suriyalı həmkarı Bəşər Əsəd arasında videokonfrans baş tutub.

"MediaPost" xəbər verir ki, Putin Əsədə Moskvanın Suriyadakı vəziyyətin stabilləşməsi üçün səy göstərməyə davam edəcəyini söyləyib.

"Rusiya Suriyada uzunmüddətli həll yoluna töhfə vermək və ölkənin suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü bərpa etmək üçün aktiv səylər göstərməyə davam edəcək. Bu çərçivədə Rusiyanın Türkiyə və İranla Astana formatı daxilində həyata keçirdiyi işlərdən danışmadan keçə bilmərik. Ortaq səylər nəticəsində bir çox uğur əldə edildi", - deyə ölkə başçısı qeyd edib. 

Suriyada zorakılığın əhəmiyyətli dərəcədə azaldığını, dinc həyatın qurulmağa başladığını və BMT-nin himayəsində hərtərəfli siyasi müddətin həyata keçirildiyini vurğulayan Putin Suriyanın əksər bölgələrində sülhün bərpa edilməsinin qaçqınların kütləvi şəkildə geri dönməsi üçün lazımi şərait yaratdığını bildirib. 

Prezident "hazırda Suriya torpaqlarının böyük hissəsində sülh, sakitlik təmin edilib. Bu müddətin məcburi deyil, təbii yolla davam etməsi olduqca önəmlidir. Hər suriyalı siz cənab prezident və Suriya rəhbərliyinin dinc bir həyat qurmaq üçün atdığı addımlar da daxil olmaqla ölkənizdəki vəziyyət haqqında etibarlı məlumatlar əldə edərək özü üçün qərar verməlidir", - deyə qeyd edib.

Putin hazırda Suriya xaricində 6.5 milyondan çox miqrant olduğunu, bu insanların əksəriyyətinin iş qabiliyyətinə sahib olduğunu və ölkənin yenidən inşa edilməsində yer ala biləcəyini və yer almalı olduğunu vurğulayıb. 

Anara Mikail

Gündəm