Putin İdlibdə yaşananlarla bağlı açıqlama verdi: "Türkiyə günahkardır"
29.02.2020 06:49 Xarici siyasət

Putin İdlibdə yaşananlarla bağlı açıqlama verdi: "Türkiyə günahkardır"

"MediaPost" "Reuters"ə istinadən xəbər verir ki, Putin iclasda çıxışı zamanı yaşanan hadisədə Türkiyəni günahlandırıb.

"Türk əsgərləri müşahidə nöqtəsini tərk etməməli idi. Rusiya müşahidə məntəqəsində əsgərlərin təhlükəsizliyi üçün mümkün olan hər şeyi etdi" – deyə dövlət başçısı qeyd edib.

Putin açıqlamasının davamında Türkiyənin ölkədə olan rus vətəndaşları və diplomatik nümayəndələrin təhlükəsizliyini təmin edəcəyinə inandığını bildirib.

Xəbərlər departamenti

Gündəm