Putin onu təbrik etdi
10.08.2020 10:19 Gündəm Dünya

Putin onu təbrik etdi

Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçkilərində qalib gəldiyi üçün Aleksandr Lukaşenkonu təbrik edib. 

“MediaPost” xəbər verir ki, təbrikdə deyilir:

“Bundan sonra da sizin rəhbərliyiniz altında Rusiya ilə Belarus arasındakı əməkdaşlıq qardaş xalqlarımızın maraqlarına cavab verəcək". 

Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Aleksandr Lukaşenko dünənki seçkilərdə 80,23% səslə 6-cı dəfə qalib gəlib.

 

 

 

Xəbərlər şöbəsi

Gündəm