Putin Suriyaya səfər edib və Bəşər Əsədlə görüşüb
07.01.2020 16:20 Xarici siyasət

Putin Suriyaya səfər edib və Bəşər Əsədlə görüşüb

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V. Putin Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb. Görüş Rusiya Silahlı Qüvvələrinin Suriyada yerləşən komanda məntəqəsində baş tutub.

“Onlar ölkənin müxtəlif regionlarındakı vəziyyətlə bağlı hərbi hesabatı dinləyiblər”, - deyə Kremlin sözçüsü əlavə edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm