Putin təhlükənin hələ sovuşmadığını vurğuladı
19.04.2020 14:53 Dünya

Putin təhlükənin hələ sovuşmadığını vurğuladı

Rusiyanın dövlət başçısı Vladimir Putin COVID -19 pandemiyası ilə bağlı növbəti dəfə danışıb.

"MediaPost" "Ria.ru"ya istinadən xəbər verir ki, prezident pandemiyanın hazırda pik həddə çatmadığını deyib və bütün ölkədə əlavə tədbirlər görülməsinin vacibliyini dilə gətirib.

"İnsanlarımızın həyatlarını xilas etmək üçün hazırlıqlı olmalıyıq. Təhlükə hələ sovuşmayıb. Hökumətimiz bu istiqamətdəki səylərini artıracaqd", - deyə Vladimir Putin diqqətə çatdırıb.

O qeyd edib ki, Rusiyada koronavirus ilə mübarizə istiqamətində bir neçə həftə ərzində xəstəxanalar və tibb mərkəzləri təsis olunub.

Xəbərlər departamenti

Gündəm