Putindən koronavirusla bağlı bədbin açıqlama: "Getdikcə pisləşir"
13.04.2020 16:42 Dünya

Putindən koronavirusla bağlı bədbin açıqlama: "Getdikcə pisləşir"

"MediaPost" Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Putin videokonfrans da çıxışı zamanı deyib:

"Vəziyyətin hər gün dəyişdiyini və təəssüf ki, pisləşdiyini görürük. Xəstələrin, xüsusilə də vəziyyəti ağır olanların sayı getdikcə artır".

Putin koronavirusla bağlı 3, 7, 10 günlük proqnozların hazırlanması üçün hökumətə tapşırıq verdiyini söyləyib.

Xatırladaq ki, Rusiyada 18 328 nəfər koronavirusa yoluxub, onlardan 148-i dünyasını dəyişib.

Xəbərlər departamenti

Gündəm