Putindən Türkiyənin başlatdığı əməliyyatdan sonra ilk AÇIQLAMA
02.03.2020 08:52 Dünya

Putindən Türkiyənin başlatdığı əməliyyatdan sonra ilk AÇIQLAMA

“MediaPost”un xəbərinə görə, Putin müharibə ehtimalları ilə bağlı yayılan məlumatlar barədə danışıb:

“Heç kimlə müharibəyə girmək niyyətimniz yoxdur”,-deyə o söyləyib.

Rusiya prezidenti digər ölkələri Moskva ilə ixtilafa girməkdən çəkindirmək istədiyini deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Suriyanın İdlib şəhərində Moskvanın dəstəklədiyi Suriya hökumət qüvvələri Türkiyə əsgərlərinə qarşı hava hücumu təşkil edib. Hücum nəticəsində 34 türk əsgəri həlak olub. Bu hadisədən sonra Türkiyə Suriyada “Bahar qalxanı” hərbi əməliyyatına başlayıb.

Xəbərlər departamenti

Gündəm