"Putinə sui-qəsd olacaq, Tramp isə..." - Vanqanın 2020-ci il üçün proqnozları
24.12.2019 13:37 Gündəm

"Putinə sui-qəsd olacaq, Tramp isə..." - Vanqanın 2020-ci il üçün proqnozları

Onun bu günə qədər daha çox təbii fəlakətlər və siyasi hadisələrlə bağlı proqnozları söylənilib.

MediaPost xəbər veri ki, Balkanların “nostradamus”u olaraq tanınan kahin Vanqa 23 il əvvəl ölsə də, öncəgörmələri indi də bir çox insan tərəfindən maraqla qarşılanır. Onun 2020-ci il haqda öncəgörmələrini 85 yaşında olarkən dediyi düşünülür.

Putin və Trampın həyatı təhlükədədir

Kor kahinin ən maraqlı öncəgörməsi rus lideri Putin və ABŞ lideri Donald Trampın sağlıqları ilə bağlıdır. Onun ötən il ortaya çıxan öncəgörməsində Trampla Putinin həyatlarının təhlükədə olacağı bildirilib.

Vanqaya görə, Vladimir Putinə Kremldə sui-qəsd təşkil olunacaq, Tramp isə eşitmə qabiliyyətini itirəcək və sonra beyin xərçəngi ilə uzun müddət mübarizə aparmalı olacaq.

Asiyanı təbii fəlakətlər cənginə alacaq

Kahinin tez-tez təkrarladığı öncəgörmələrdən biri də Asiyanın yox olmaq təhlükəsi ilə bağlıdır. 2004-cü ildə 230 mindən çox insanın ölümünə səbəb olan sunamini əvvəlcədən bilən “nostradamus” Asiyada yeni təbii fəlakətin yaşanacağını bildirib. Bolqar kahin Rusiya ərazisinə isə meteorid düşəcəyini ehtimal edib.


Avropa iqtisadi çöküş yaşayacaq

Ekstrasensin bir digər təhlükəli açıqlaması da Avropanın iqtisadi çöküş yaşaması ilə bağlıdır. Avropa ölkələri aralarında yaşanan gərginliyin onların iqtisadiyyatına da mənfi təsir göstərəcəyini bildirib.


Dünyanın sonu nə zaman gələcək?

Kahin Vanqanın dünyanın nə zaman dağılacağı ilə bağlı da təxmini də var. Belə ki, Vanqa 5079-cu ildə dünyanın dağılacağını söyləyib.

Gerçək adı ilə Vangeliya Pandeva olan Vanqa 31 yanvar Makedoniyada dünyaya gözlərini açıb. Məşhur kahin “nostradamus” kimi gerçəkləşən öncəgörmələrindən sonra dünyada məşhurlaşıb. Hələ həyatda olduğu zaman hökümət tərəfindən onun dedikəri sənədləşdirilib.

Xəbərlər departamenti

Gündəm