Qadının çılpaq şəkilləri ilə şantaj edən şəxs tutulub
28.11.2019 12:10

Qadının çılpaq şəkilləri ilə şantaj edən şəxs tutulub

Qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gələn şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Mediapost.az-a verilən məlumata görə, Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə Rayon Polis Şöbəsinə daxil olan müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbərlər departamenti

Gündəm