“Qadının kişinin mülkiyyəti olması haqda düşüncələr aradan qalxmalıdır” - Qətllərin səbəbləri
25.11.2019 12:02 Fikirlər

“Qadının kişinin mülkiyyəti olması haqda düşüncələr aradan qalxmalıdır” - Qətllərin səbəbləri

Son aylarda hansısa bir qadının bu və ya digər səbəbdən xüsusi amansızlıqla öldürülməsi, şiddətə məruz qalması ilə bağlı mətbuatda xəbərlər oxuyuruq.

Bəzən elə cinayət hadisələri olur ki, insanın qanını dondurur. Bu gün Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin bacısı 1999-cu il təvəllüdlü Aytən Fərzalıyevanı qəbirsanlıqda başını kəsərək öldürməsi mövzunu daha da aktuallaşdırıb.

Araşdırmalar da göstərir ki, son illərdə xüsusilə qadın ölümlərinin sayı artıb.

BMT-nin Demoqrafik Fondunun məlumatına görə, hər il dünyada 5 mindən çox qadın öldürülür. Dünyada hər 3 qadından 1-i həyatının bir dönəmində zorakılığa məruz qalır. Hər 5 qadından 1-i isə həyatının hansısa mərhələsində təcavüz və yaxud təcavüz cəhdinin qurbanı olur. ABŞ-da hər 90 saniyədə 1 qadın təcavüzə uğrayır, İraqda 2003-cü ilin aprelindən bu yana ən azı 1000 qadın təcavüzə uğrayıb. Bu cinayətlər daha çox Banqladeş, Braziliya, Ekvator, Misir, Hindistan, İsrail, İtaliya, İordaniya, Mərakeş, Pakistan, Türkiyə, Uqanda və İngiltərədə baş verir.

Qadına qarşı cinayətlərin artmasına səbəb nədir? Bu halların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

“Qadının kişinin mülkiyyəti olması haqda düşüncələr aradan qalxmalıdır” – Qətllərin səbəbləri


Məsələ ilə bağlı “Demokratiya və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Günay Hüseyn Mediapost.az-a açıqlama verib.


"Qadının şəxsiyyət, azad insan olması qarşı tərəfə aşılanmalıdır. Belə cinayəti törədənlərə hörmət, rəğbət bəslənməməlidir"

Ekspert hesab edir ki, şiddət deyəndə ağıla ilk olaraq fiziki güclə tətbiq olunan zorakılıq gəlməməlidir:

“Qadının kişinin mülkiyyəti olması haqda düşüncələr aradan qalxmalıdır” – Qətllərin səbəbləri

“Qadına qarşı şiddət fiziki,iqtisadi, psixoloji və cinsi olmaqla bir neçə yerə ayrılır. Bu məsələnin kökündə yüzillərdir davam edən, siyasi, iqtisadi və sosial sistem durur. Ailədəki problemlərin həlli yolu olduğunu düşünmək yanlışdır. Xüsusən bizim cəmiyyətdə kişilər tərəfindən edilən şiddət toplum tərəfindən yumşaqlıqla qarşılanır, bunu görməzliyə vururuq . Qarşımızdakı ən böyük problem isə maarifsizlik, iqtisadi səbəblər, xüsusən psixoloji səbəblər və yenə də qeyd etdiyim kimi, şiddətə qarşı cəmiyyət olaraq biganəliyimizdir”.

Günay Hüseynli bu məsələdə hakimiyyət qurumları, xüsusən ədliyyə, media və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığını zəruri sayır.

“Hazırda belə fikir səslənir ki, Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə” haqqında İstanbul Konvensiyasına Azərbaycan da qoşulmalıdır. Bizdə qadına qarşı fiziki zorakılıq total xarakter daşımır. Məsələn, qadınların ictimai yerdə davranışı və xarici görünüşünə görə fiziki və cinsi zorakılığa məruz qalma halları yoxdur. Adətən, ailədaxili,kişinin öz namusunu qoruma instinkti ilə etdiyicinayətlərdə zərərçəkən olurlar. Əgər qadının kişinin namusu, mülkiyyəti olması haqqında düşüncələr aradan qalxsa, bu cür cinayətlərin sayı da azalar. Qadının şəxsiyyət, azad insan olması qarşı tərəfə aşılanmalıdır. Belə cinayəti törədənlərə hörmət, rəğbət bəslənməməlidir” - müxtəssis əlavə edib.

Qeyd edək ki, bu gün - 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.


Həmçinin oxu: Anası və bacısı intihar edən Aytəni qardaşı aldadaraq qəbiristanlığa çağırıb - TƏFƏRRÜAT

Xəbərlər departamenti

Gündəm