“Qadınlarımız hamilə qalmazdan öncə lazer epilyasiyasına müraciət etsinlər” – Ginekoloqdan AÇIQLAMA
20.11.2023 13:10 Cəmiyyət

“Qadınlarımız hamilə qalmazdan öncə lazer epilyasiyasına müraciət etsinlər” – Ginekoloqdan AÇIQLAMA

Hamiləlik xəstəlik deyil, təbii fizioloji prosesdir. Bu səbəbdən həkimlər hamiləlik zamanı qadınlara özünü həddindən artıq qorumağı, bütün gün ərzində uzanmağı, pəhriz saxlamağı və s. tövsiyə etmirlər. Əksinə, sağlam hamilə qadın aktiv olmalı, havada gəzməli, yüngül fiziki hərəkətlər etməlidir və s. Yəni, adi həyat sürməlidir. Lakin müəyyən proseslər var ki, hamiləlik zamanı qadınlara onları etmək məsləhət görülmür.

Mövzu ilə əlaqədar ginekoloq Aysel Paşayeva MediaPost-a açıqlama verib.Onun sözlərinə görə, hamiləlik müddətində əksər qadınlarda tük tökülməsi halı baş verir:

alt text

“Hamiləlik zamanı qadının səhhətində ciddi problemlər müşahidə olunmadığı təqdirdə o, normal həyatına davam edə bilər. Yəni idmana gedirdisə, yenə də yüngül hərəkətlərlə idmanını davam etdirə bilər. Üzməyə də gedə bilər. Eyni zamanda, yoqa və pilateslə də məşğul ola bilər. Təbii ki, bütün bunlar həkim müayinəsindən və məsləhətindən sonra edilməlidir.

Əks təqdirdə fiziki güc və gərginlik yolverilməzdir. Günün digər aktual məsələsi hamilələrin lazer epilyasiyasına getməsidir. Bu gün tibbi baxımdan lazerin uzaq fəsadları bilinmir, yaxın fəsadları isə yoxdur. Çünki lazer şüası 2 mm dərinliyə keçir. Yəni dərinin dərinliyinə keçmir. Ancaq yenə də qadınlarımız hamilə qalmazdan öncə bu prosedura müraciət etsinlər. Onsuzda hamiləlik müddətində əksər qadınlarda tük tökülməsi halı baş verir. Əgər tüklər qadını narahat edib onda diskomfort hiss yaradırsa daha yüngül və ağrısız vasitələrə (lipuçka) üstünlük verə bilərlər”.

Fidan Ramazan

Gündəm