Qafqazda yeni era başlayır - Zurabişvili
10.11.2020 19:56 Dünya

Qafqazda yeni era başlayır - Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan və Ermənistanı müharibənin başa çatması münasibətilə təbrik edib.

"MediaPost" un məlumatına görə, bu barədə Gürcüstan prezidenti “Twitter” hesabında yazıb.

“Qafqazda yeni era başlayır. Dostlarımızı, Azərbaycan və Ermənistanı faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm və bütün koordinatorlara minnətdarlığımı bildirirəm.  Həlak olanların ailələrinə başsağlığı verirəm”, - deyə S.Zurabişvili bildirib.

Xəbərlər şöbəsi

Gündəm