"Qala Sığorta" məni aldadıb, ödənişi azaldıb" - Evi yanan qadın - <span>VİDEO</span>
06.11.2020 14:02 Maliyyə

"Qala Sığorta" məni aldadıb, ödənişi azaldıb" - Evi yanan qadın - VİDEO

"Qala Sığorta" şirkəti evi yanan Natalya Ağayevanı aldadaraq sığorta ödənişini azaldıb. 

"MediaPost" xəbər verir ki, bu barədə Mubahise.az-a müraciətində şikayətçi özü məlumat verib. Belə ki,  N.Ağayevanın 2020-ci il aprelin 22-də  Xəzər rayonu, Ə.Əlizadə küçəsi ünvanında yerləşən evində yanğın baş verib. Hadisə ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.09.2020-ci il tarixli, 10/2110 saylı rəyinə əsasən fərdi yaşayış evinə 25 min manatdan çox zərər dəyib. N.Ağayeva bildirib ki, “Qala Sığorta” şirkəti fərdi yaşayış evinin yanmağı ilə bağlı onun ağır həyat şəraitindən və Azərbaycan dilini yaxşı bilməməsindən sui-istifadə edərək bəzi sənədlərə qol çəkdirib və qanunsuz olaraq sığorta ödənişini azaldıb. N.Ağayeva bildirir ki, imzaladığı sənədlərin mahiyyətini tam anlamayıb və şirkətin əməkdaşı tərəfindən ona düzgün izah verilməyib, məqsədli şəkildə aldadılıb.

Bununla bağlı o, Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsinə məlumat verib.

Qeyd olunan faktla bağlı ekspertiza təyin edilərək müəyyən edilib ki, yaşayış evinin inşa olunmasına Əlişov Rafiq Azad oğlu tərəfindən düzgün smeta tərtib olunmayıb. Həmin smeta 22 632 (iyirmi iki min altı yüz otuz iki) manat məbləğində azaldılıb.

Qeyd olunanları nəzərə alaraq sığortalı Ağayeva Natalya Aleksandrovna xahiş edir ki, ona məxsus fərdi yaşayış evinə dəymiş zərər təkrar qiymətləndirilsin. O bununla bağlı hüquqlarının və qanunla qorunan mənafelərinin bərpası üçün Azərbaycan Respublikası Mərkəzi Bankına da şikayət məktubu ünvanlayıb.

 

 

Rahim Tarıverdiyev

Gündəm