“Qalatasaray” köhnə futbolçusunu yenidən rənglərinə qatıb
04.01.2020 11:14 Futbol

“Qalatasaray” köhnə futbolçusunu yenidən rənglərinə qatıb

"MediaPost"un məlumatına görə, "Cimbom" UEFA Çemionlar Liqasında və ölkə çemionatındakı zəif çıxışından sonra heyətini gücləndirməyə çalışır.

"Sarı-qırmızılar" 22 yaşlı nigeriyalı hücumçu Henri Onyekurunun keçidini reallaşdırıb.

“Monako”ya məxsus olan hücumçu icarə əsasında mövsümün sonunadək “sarı-qırmızılar”ın şərəfini qoruyacaq.

Xatırladaq ki, futbolçu ötən mövsümdə də “Qalatasaray”ın formasını geyib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm