"Qalatasaray" Halili transfer etdi
22.01.2021 21:03 Futbol

"Qalatasaray" Halili transfer etdi

Türkiyə "Qalatasaray"ının yeni transferi Halil Dervişoğlu İstanbula gəlib.

"MediaPost" klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Brentford" komandasına məxsus olan 22 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir.

Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvardla tezliklə rəsmi müqavilə imzalanacaq.

Futbolçu "Qalatasaray"da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Halil Dervişoğlu Niderlandın "Sparta" klubunun yetirməsidir.

Xəbərlər departamenti

Gündəm