Qar Bakı - Sumqayıt yolunda hərəkəti dayandırdı
23.02.2021 23:50 Cəmiyyət

Qar Bakı - Sumqayıt yolunda hərəkəti dayandırdı

Bakı - Sumqayıt yolunda avtomobillərin hərəkəti çətinləşib.

"Mediapost" Trend-ə istinadən xəbər verir ki, güclü qar yolda avtomobillərin hərəkətində problem yaranıb. Artıq yolun bəzi hissələri buz bağlayıb. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hazırda yolun təmizlənməsi və hərəkətin bərpa olunması istiqamətində işlər görülür. Bəzi yerlərdə avtomobillərin hərəkəti dayanıb. Nəticədə Bakıdan Sumqayıt istiqamətində hərəkətdə güclü tıxac yaranıb.

Xəbərlər şöbəsi

Gündəm