Qarabağ abidələrinin bugünkü taleyi - FOTOLAR
15.10.2020 10:00 Mədəniyyət

Qarabağ abidələrinin bugünkü taleyi - FOTOLAR

XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoydu. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan olmadı. Muzey eksponatlarının və kitabxanaların köçürülməsinə imkan verilmədi. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv etdi. XX əsrin ən böyük faciəsini - Xocalı faciəsini törətdilər. Erməni və rus hərbi birləşmələri Xocalı əhalisini soyqırımına məruz qoydular. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığını texnika vasitəsilə darmadağın etdilər. Mənfurlar Xocalıda və Şuşada bu vandalizmi ifrat dərəcəyə çatdırdılar. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. Şuşa muzeylərini dağıtdılar.

Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. Müsəlmanlıq abidələri dağıdılıb yer üzündən silindi, alban-xristian abidələri isə tamamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində saxlanmış alban hökmdarı III Vaçaqanın qəbri və sovməsindəki yazı tamamilə məhv edildi.

İşğal zamanı erməni hərbi birləşmələrinin bilavasitə rəhbərliyi ilə Qarabağ bölgəsindən külli miqdarda muzey eksponatları aparılıb. 

Vaxtı ilə ermənilər Qarabağ ərazisində planlı şəkildə gizlində həyata keçirdikləri saxtakarlığı aşkar şəkildə icra etmək üçün “geniş imkan” əldə etdilər. Azərbaycanın Qarabağ bölgəsinin tarixi abidələrinin şəkillərini kitab və jurnallarda erməni abidələri adı altında dünya ölkələrinə yayırlar.

İşğal olunmuş ərazilərdə qalmış muzeylər və eksponatlar haqqında
                                      M Ə L U M A T

  1.  

Tarix-diyarşünaslıq muzeyi

Xankəndi şəhəri, 22591 eksponat.

  1.  

Dövlət rəsm qalereyası

Xankəndi şəhəri, 174 eksponat.

  1.  

Şuşa tarix muzeyi

Şuşa şəhəri, 5000 eksponat.

  1.  

Üzeyir Hacıbəyovun ev muzeyi

Şuşa şəhəri, 300 eksponat.

  1.  

BülBülün ev muzeyi

Şuşa şəhəri, 369 eksponat.

  1.  

Azərbaycan xalçaçılıq və xalq tətbiqi sənəti Dövlət muzeyinin Şuşa filialı

Şuşa şəhəri, 63 eksponat.

  1.  

Qarabağ Dövlət tarix muzeyi

Şuşa şəhəri, 500 eksponat.

  1.  

Qarabağ ədəbiyyat muzeyi

Şuşa şəhəri, məlumat dəqiqləşdirilməmişdir.

  1.  

Mir Mövsüm Nəvvabın ev muzeyi

Şuşa şəhəri, 100 eksponat.

  1.  

Dövlət rəsm qalereyası

Şuşa şəhəri, 90 eksponat.

  1.  

Ağdam tarix diyarşünaslıq muzeyi

Ağdam şəhəri, 2000 eksponat.

  1.  

Çörək muzeyi

Ağdam şəhəri, 694 eksponat.

  1.  

Qurban Pirimovun xatirə muzeyi

Ağdam şəhəri, 700 eksponat.

  1.  

Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi

Ağdam şəhəri, 500 eksponat.

  1.  

Ağdərə tarix diyarşünaslıq muzeyi

Ağdərə şəhəri, 2290 eksponat.

  1.  

Füzuli tarix diyarşünaslıq muzeyi

Füzuli şəhəri, köməkçi fondun. eksponatları.

  1.  

Xalq tətbiqi sənəti muzeyi

Füzuli şəhəri, 800 eksponat.

  1.  

Hadrud tarix diyarşünaslıq muzeyi

Hadrud şəhəri, 3200 eksponat.

  1.  

Qubadlı tarix diyarşünaslıq muzeyi

Qubadlı şəhəri, 3000 eksponat.

  1.  

Dövlət rəsm qalereyası

Qubadlı şəhəri, 62 eksponat.

  1.  

Laçın tarix diyarşünaslıq muzeyi

Laçın şəhəri, 5000 eksponat.

  1.  

Dövlət rəsm qalereyası

Laçın şəhəri, 50 eksponat.

  1.  

Sarı Aşığın xatirə muzeyi

Güləbird kəndi, 500 eksponat.

  1.  

Kəlbəcər tarix diyarşünaslıq muzeyi

Kəlbəcər şəhəri, 21000 eksponat.

  1.  

Cəbrayıl tarix diyarşünaslıq muzeyi

Cəbrayıl şəhəri, 2000 eksponat.

  1.  

Zəngilan tarix diyarşünaslıq muzeyi

Zəngilan şəhəri, 6000 eksponat.

Qasım Hacıyev

AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

                        

Xəbərlər şöbəsi

Gündəm