“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq qələbəmizin rəmzinə çevrilib”
10.11.2020 06:24 Siyasət

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq qələbəmizin rəmzinə çevrilib”

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi”.

“MediaPost” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

“Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”, - deyə dövlət başçısı qeyd edib.

Xəbərlər şöbəsi

Gündəm