“Qarabağ”ın futbolçusu Avropa Liqasının ən yaxşıları arasında ikinci yerə şərik olub
08.11.2019 08:43 Gündəm

“Qarabağ”ın futbolçusu Avropa Liqasının ən yaxşıları arasında ikinci yerə şərik olub

Avropa Liqasının qrup mərhələsinin IV turundan sonra klub və futbolçuların statistik göstəriciləri açıqlanıb.

APA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin ən yaxşıları arasında Azərbaycan çempionu “Qarabağ” da təmsil olunub.

APOEL-lə Kiprdəki qarşılaşmada (1:2) Maksim Medvedevin qolunun məhsuldar ötürməsini verən Dani Kintana ən yaxşı assistentlər siyahısında yer alıb. O, qrupda 3-cü dəfə qol ötürməsi verib.

Nikosiyada zədələnərək meydanı tərk edən ispaniyalı bu göstəricidə turnirin ikincisi adına şərikdir. Yalnız Portuqaliya “Braqa”sının üzvü Qaleno daha çox – 5 assistə imza atıb. D.Kintana Mohamed İhattaren (PSV), Vadis Odjidja (“Gent”), Anton Medyalkov (“Lüdoqorets”) ilə eyni göstəriciyə malikdir.

“Qarabağ”ın özü isə qapıya zərbələrdə ön sıralardadır. 4 matçda rəqib

qapılarını 22 dəfə nişan alan Ağdam klubu “Espanyol”la eyni göstəriciyə

malikdir. Bu cütlük Avropa Liqasında 4-cü yerə şərikdir. Onlar yalnız

“Sevilya” (35), “Alkmaar” (31) və “Sportinq”dən (25) geri qalırlar.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm