"Qarabağ" La Liqa klubunun hücumçusunu transfer edir
20.01.2020 09:14 Futbol

"Qarabağ" La Liqa klubunun hücumçusunu transfer edir

"Report"un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi La Liqada oynayan "Leqanes" klubunun futbolçusu Kvabena Ousunu transfer etməyə yaxındır.

Müqavilə ilə "Leqanes"ə məxsus olan 22 yaşlı hücumçu cari mövsümün ilk yarısını "Kordoba" klubunda icarə əsasında oynayıb. La Liqa təmsilçisi artıq Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib. Cari mövsüm "Kordoba"nın heyətində 16 oyuna çıxan K.Ousu 6 qola imza atıb.

Qeyd edək, "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero da Azərbaycan klubuna ötən ilin yayında məhz "Kordoba"dan transfer olunub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm