Qarabağ müharibələrinin döyüşçüsü "Maştağa" ad gününü belə qeyd etdi - VİDEO
14.11.2020 11:58 Qarabağ Azərbaycandır Gündəm

Qarabağ müharibələrinin döyüşçüsü "Maştağa" ad gününü belə qeyd etdi - VİDEO

Qələbəmizin qəhrəmanlarından olan “Maştağa” ləqəbli Vidadi adlı döyüşçümüz öz doğum gününü cəbhədə hərbçi dostları ilə birgə qeyd edib.

"MediaPost" xəbər verir ki, sosial şəbəkələrdə döyüşçünün doğum günündən görüntülər yayılıb.

“Siz mənə qanad verdiniz, siz məni cavanlığıma qaytardınız. Allah sizin hər birinizi sağ-salamat döyüşlərdən çıxarsın! Analar sevinsin” - döyüşçümüz hərbçilər qarşısında çıxış edərkən deyib.

Xatırladaq ki, “Maştağa” ləqəbli döyüşçümüz həm də Birinci Qarabağ müharibəsinin qəhrəmanlarındandır.

 

Xəbərlər şöbəsi

Gündəm