“Qarabağ” “Neftçi”yə uduzdu
20.09.2020 22:19 İdman

“Qarabağ” “Neftçi”yə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulur.

“MediaPost” bildirir ki, bu dəfə “Qarabağ”la “Neftçi” üz-üzə gəlir.  

Azərbaycan Premyer Liqası
3-cü tur
20 sentyabr

Qarabağ – Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
“Azersun Arena”. Saat 20:15.

Qeyd edək ki, bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutan "Zirə" - "Səbail" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

***

10-cu dəqiqədə Kvabena Ovusu ("Qarabağ") fərqlənməyi bacarır - 1:0. 

12-ci dəqiqədə Voyislav Stankoviç ("Neftçi") hesabı bərabərləşdirir - 1:1. 

***

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Xəbərlər departamenti

Gündəm