"Qarabağ" növbəti ev oyununu da Azərbaycanda keçirməyəcək
14.11.2020 15:47 Futbol

"Qarabağ" növbəti ev oyununu da Azərbaycanda keçirməyəcək

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin çərçivəsində Türkiyənin "Sivasspor"una qarşı keçirəcəyi matçın baş tutacağı məkan açıqlanıb.

"MediaPost" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İstanbulun "Başakşehir Fatih Terim" stadionunda təşkil olunacaq.

Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Xəbərlər şöbəsi

Gündəm