Qarabağ qazisi yol qəzasında öldü - <span>FOTOLAR</span>
03.08.2020 07:10 Gündəm Hadisə

Qarabağ qazisi yol qəzasında öldü - FOTOLAR

Bu gecə Biləsuvarda ölümlə nəticələnən avtomobil qəzası baş verib. 

“MediaPost”un məlumata görə, hadisə nəticəsində "NAZ-Lifan" markalı avtomobilin aşması nəticəsində sürücü - 1969-cu il təvəllüdlü Qədir Əsəd oğlu Musayev dünyasını dəyişib. 

Qarabağ qazisi olan Qədir Musayev 1992-1994-cü illərdə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında bölük komandiri olaraq iştirak edib. 

"OMON" hadisələrinə görə 16 il azadlıqdan məhrum edilib.

img
img

Xəbərlər şöbəsi

Gündəm