Rusiyaya döndükdən sonra özünü tapan millinin əzmkar üzvü Ramil Şeydayev
31.10.2019 14:49 Fikirlər

Rusiyaya döndükdən sonra özünü tapan millinin əzmkar üzvü Ramil Şeydayev

Hazırda Azərbaycan futbolunda milli komandaların görüşlərindən sonra əsasən iki oyunçunun - Ramil Şeydayev və Bəhlul Mustafazadənin adları çəkilir. R.Şeydayev hücum xəttində, B.Mustafazadə isə müdafiədə inamlı performans sərgiləyir.

MediaPost bu yazıda Rusiyaya çempionatına keçidindən sonra uğur qazanmağa başlayan Ramildən bəhs edəcək.

Çoxlarına məlum olduğu kimi, Şeydayev Rusiyanın "Zenit" futbol akademiyasının yetirməsidir. 2013-cü ilin may ayında "Zenit" ilə 3 illik peşəkar müqavilə imzalayıb. 26 oktyabr 2014-cü ildə "Zenit" ilə "Mordoviya" komandaları arasında oynanılan görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas heyətdə debüt edib. Əsas komandadan savayı Ramil klubun ikinci komandasının heyətində də çıxış edib. 2014-2015-ci mövsümündə rəsmi matçlarda 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu olub.

Ramil mətbuata müsahibəsi zamanı “Zenit” komandasının futbolçusu Halkla bağlı bir əhvalat danışıb: ““Zenit”də Halkın fiziki cəhətdən nə qədər güclü olduğunu göstərən video-çarxın çəkilişi zamanı Andrey Arşavin də var idi. Amma o, ikinci planda qalmışdı. Orda mənimlə bərabər bir neçə gənc futbolçu da topla oynayır, Halk zərbə vurandan sonra isə top partlayır. Başqa bir epizodda Halk ad günü münasibəti ilə şamları üfürən vaxt Andreyin əlindəki tort uçur. Arşavin mənim üçün əfsanədir, Halkdan üstündür”.

Rusiyaya döndükdən sonra özünü tapan millinin əzmkar üzvü Ramil Şeydayev

Şeydayev həmçinin sonralar "Zenit" barədə danışarkən bildirib ki, sözügedən klubdan "evə qayıt" zəngi gəlsə, bundan məmnun olar.
Millimizin üzvü 7 avqust 2015-ci ildə Kazanın "Rubin" komandasına icarəyə verilib. 5 iyul 2016-cı ildə "Zenit" ilə olan müqaviləsinin müddəti başa çatıb. Azad agent statusunda olan futbolçu 12 iyul 2016-cı ildə Türkiyənin "Trabzonspor" klubuna transfer olunub və onunla 4 illik müqavilə imzalanıb.

Müqavilə ilə "Trabzonspor"a məxsus olan Şeydayev 11 fevral 2016-cı ildə Slovakiyanın "Jilina" komandasına icarəyə verilib. O, daha sonra 2017-ci ilin avqustunda “Qarabağ” icarəyə verilib.

Şeydayev mediaya açıqlamasında Türkiyənin “Trabzonspor” klubunda özünü niyə göstərə bilməməsindən danışıb: “Trabzonda niyə alınmadı? Çünki şans vermədilər, etibar etmədilər. Karyeramla bağlı heç nəyə görə təəssüflənmirəm”.

Rusiyaya döndükdən sonra özünü tapan millinin əzmkar üzvü Ramil Şeydayev

Qeyd edək ki, 2016-cı ilin yay aylarında Dünya Çempionatının seçmə mərhələsinin başlamasına qısa müddət qalmış AFFA tərəfindən Ramilə müraciət ünvanlanır və Şeydayev bir neçə dəfə cəhddən sonra Azərbaycan millisində oynamağı qəbul edib. Razılıq əldə olunandan sonra FİFA-ya müraciət olunur və ali futbol qurumu Ramilin Azərbaycan millisində oynamasına icazə verib.

Bu məqamda Rusiyanın "Zenit" Futbol Akademiyasının sabiq məşqçisi Aleksandr Selenkovun sözlərini oxuculara çatdırmaq yerinə düşər. Onun sözlərinə görə, Şeydayev "Zenit"in müxtəlif yaş qruplarında çıxış edərkən, demək olar ki, hər oyunda qol vurub: "Həmin vaxtda da onun yüksək səviyyəli futbolçu olacağı görünürdü. Şeydayev Azərbaycan vətəndaşlığını alıb və Rusiya millisində oynamadığı üçün təəssüflənirəm. Şeydayevin özünü daha çox göstərəcəyinə əminəm”.

Qarabağla ilk oyununu 17 sentyabr 2017-ci ildə Kəpəzlə maçda keçirib. 31 oktyabr 2017-ci ildə Atletiko Madrid - Qarabağ (1:1) oyununda Çempionlar Liqasında debüt edib. Qitənin ən nüfuzlu turnirində meydana çıxmağı bacarsa da, Ramil Ağdam təmsilçisinin heyətində uğurlu çıxışları ilə yadda qala bilmir. Millimizin üzvü yenidən Rusiyaya geri dönür. O, 2018-ci ilin avqust ayında, bu dəfə Rusiyanın "Krılya Sovetov" klubuna transfer olunur.

Rusiyaya döndükdən sonra özünü tapan millinin əzmkar üzvü Ramil Şeydayev

Ramil “Qarabağ”dakı çıxışlarından fərqli olaraq qonşu ölkənin klubundan özünü tapmağı bacarır. Burada 18 oyuna 4 qol vuran həmyerlimiz, əzmkarlığı ilə də yadda qalır. Ramil Şeydayev komandasının məğlubiyyətdən xilas etməsi, meydana daxil olan kimi rəqibin qapısına yol taparaq qol vurması ilə azarkeşlərin də sevgisini qazanır.

Növbəti mövsüm müqaviləsinin müddəti bilən Şeydayevə Rusiyanın “Dinamo”su elçi düşür. Həmin sezon ölkə çempionatını 12-ci pillədə bitirmiş Moskva təmsilçisi 23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayır.

Rusiyaya döndükdən sonra özünü tapan millinin əzmkar üzvü Ramil Şeydayev

Ramil Şeydayev jurnalistin ona “Hansı yaxşıdır: Azərbaycan çempionatında və ÇL-də oynamaq, yoxsa Rusiya çempionatında elitada qalmaq uğrunda mübarizə aparan klubda yer almaq?” sualına belə cavab verib: “Rusiyada oynamaq. Hələlik Azərbaycanda futbol o səviyyədə deyil. Mövsüm ərzində 6 oyun naminə oynamağı düzgün saymıram. Artım yoxdur”. Lakin Şeydayev eyni zamanda vətəndaşlığını dəyişməsinə peşman olmadığını vurğulayıb.

Rusiyaya döndükdən sonra özünü tapan millinin əzmkar üzvü Ramil Şeydayev

Ramil Şeydayev Azərbaycan millisinin perspektivini barədə də fikirlərini açıqlayıb:

“Əlbəttə, Azərbaycanda futbol hələ çox inkişaf etməlidir. İrəliləyiş var, amma düzgün istiqamətə yönəltmək lazımdır. Hamı bilir ki, uşaq yaşlarından başlamaq lazımdır. Lakin belə alınıb ki, uşaq futbolu olmayıb və sonradan birdən-birə oyunçular yetişiblər. Bütün strukturu inkişaf etdirmək lazımdır. Fikrimcə, tezliklə Azərbaycanda güclü futbolçular yetişəcəklər. Bizim hazırkı yığma da daha yaxşı çıxış edə bilər. Əsas məsələ, özünəinamdır. Axı o biri komandalarda da eyni adamlar oynayırlar. Hamı üçün nümunə İslandiya yığmasıdır. Bu komanda bütün dünyaya göstərdi ki, çox güclü olmayan oyunçulardan da ən yaxşı millilərlə rəqabət aparan, Avropa və dünya çempionatına yüksələn komanda qurmaq olar”.
Futbolçu “Daxilən özünüzü rus, yoxsa azərbaycanlı hiss edirsiniz?” sualına belə cavab verib:

“Atam və babam kimi azərbaycanlı. Ümumiyyətlə, yarı tərəfim rusdu, amma belə məsələlərdə ata tərəfini götürürlər. Mən Rusiya azərbaycanlısıyam. Hər zaman belə hesab etmişəm. Hətta yığmada oynamağa hazırlaşmadığım vaxt da. Azərbaycanca bilirəm, amma tam yox”.
Gənc forvard müsahibələrinin birində həmçinin rusiyalı jurnalistin “Azərbaycanlı futbolçulardan biri deyirdi ki, dindar olduğu, namaz qılıb, oruc tutduğu üçün böyük klubda oynamaq onda alınmayıb. Bu barədə nə deyə bilərsiniz?” sualını belə cavablandırıb: “Din mənə mane olmur. Bəlkə kimlərinsə bu cür stereotipləri var. Ancaq oruc tutan zaman məşq və ya ondan kənarda çətin olmur. Özümü normal hiss edirəm”.

MediaPost olaraq gənc futbolçumuza uğurlar arzulayırıq. Növbəti məqalədə millimizin müdafiəçisi Bəhlul Mustafazadə barədə bəhs edəcəyik.

Xəbərlər departamenti

Gündəm