"Qarabağ" və "Neftçi"dən başqa qalan komandalar vurduqlarından çox top buraxıblar
29.12.2019 09:35 Futbol

"Qarabağ" və "Neftçi"dən başqa qalan komandalar vurduqlarından çox top buraxıblar

"MediaPost" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2018/2019 mövsümünün ikinci və 2019/2020 mövsümünün ilk yarısında eyni sayda - 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.

Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan "Qarabağ" digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdur.

2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandırsa, “Səbail” qapısında daha çox qol görüb.

Ümumiyyətlə, il ərzində yalnız iki komanda - “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.

Qarabağ

Xəbərlər departamenti

Gündəm