Qarabağdakı bütün kilsə və məscidlər bərpa ediləcək - RƏSMİ
07.11.2020 21:28 Qarabağ Azərbaycandır

Qarabağdakı bütün kilsə və məscidlər bərpa ediləcək - RƏSMİ

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı bütün kilsə və məscidlər bərpa ediləcək.

"MediaPost" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

“Qəbələ rayonunda XII əsrə aid Müqəddəs Məryəm Ana kilsəsi tam təmir olunub və Azərbaycanın xristian icmasının istifadəsinə verilib. Onun təmirini bir müddət əvvəl Heydər Əliyev Fondu başlamışdır. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək”, - deyə Hikmət Hacıyev bildirib.

Xəbərlər şöbəsi

Gündəm