"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib
30.11.2022 10:20 İdman

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Azərbaycan Premyer Liqasının XV turu “Qarabağ”ın futbolçusu Kevin Medina üçün əlamətdar olub.

Mediapost Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.

Onun yubileyi “Zirə” ilə ev görüşünə təsadüf edib. Medina qolsuz heç-heçə ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb.

Oyunçu bu matçların hamısını eyni komandada keçirib. Müdafiəçi bu müddətdə 1 qola imza atıb.

Premyer Liqada 2020/2021 mövsümündə debüt edən Medina həmin çempionatda 20, ötən mövsüm 23 qarşılaşmada (1 qol) şans qazanıb. Cənubi amerikalı cari çempionatda 7 matç keçirib.

Xəbərlər departamenti

Gündəm