“Qarabağ”ın sabiq futbolçusu: "Hədəfim Azərbaycanda skaut şirkəti açmaqdır"
25.01.2023 22:10 İdman

“Qarabağ”ın sabiq futbolçusu: "Hədəfim Azərbaycanda skaut şirkəti açmaqdır"

“Ən böyük hədəfim Azərbaycanda skaut şirkəti açmaqdır. Bunun ölkəmizə böyük xeyri olar”.

"MediaPost"un Azərbaycan yığmasının skautu İlqar Qurbanov deyib.

Futbolçu karyerası ərzində “Qarabağ”, “Xəzər Lənkəran” və Türkiyə klubu “Sivasspor”dakı çıxışı ilə tanınan millinin sabiq üzvü ölkədə skaut işi ilə bağlı ciddi boşluq olduğunu söyləyib: “Dünyanın hər yerində var, bircə bizdə yoxdur. Xarici klublarla yaxşı əlaqələr qurmaq istəyirəm ki, futbolçularımızın legioner həyatı yaşamalarına kömək ola bilim. Planım, proqramım var, onun üzərində işləyirəm. Amma ilk növbədə özüm oxumaq, təcrübə qazanmaq istəyirəm. Görüləcək işə uyğun skautlar, köməkçilər seçmək lazım gələcək. Azərbaycana bu sistemi gətirmək istəyirəm”.

Xəbərlər departamenti

Gündəm