Qaradağ postundan şikayət: Xəstəxanaya gələnlər saxlanıldı, sürücü cərimələndi
09.08.2020 13:35 Gündəm Cəmiyyət

Qaradağ postundan şikayət: Xəstəxanaya gələnlər saxlanıldı, sürücü cərimələndi

Sərnişin daşıma ilə məşğul olan sürücü Elmir Nəzərov Qaradağ postundan şikayətçidir.
 

“MediaPost” xəbər verir ki, bununla əlaqədar "BakuPost"a danışan E. Nəzərov bildirib ki, 6 avqust tarixində Bakıya gələn zaman Qaradağ postunda maşınını saxlayıblar:

"Maşınımda sənədsiz adam olmayıb, Bakı qeydiyyatında olanlar və xəstəxanaya gedənlər var idi. Maşına 200 manat cərimə yazdılar və dayanacaqda saxladılar. Orada da bir kapitan var, heç kəsə qulaq asmır, zəngə cavab vermir, kəlmə kəsmir. Maşınıma yazılan cərimə hansı əsasla yazılıb onu da demir. Demir ki, maşını buraxacam ya buraxmayacam, qalacaq burda. Cərimə yazıblarsa, maşını nəyə görə dayanacaqda saxlamalıdırlar ki? Bu hansı qanunda yazılıb? 200 manatlıq cərimə yazılıbsa, maşınımı da buraxmalıdırlar. Həmin gün səhər saat 06:00-da “102” xidmətinə və 902 “Qaynar xətt”inə zəng etdim. Qeydə aldıqlarını və xəbər edəcəklərini dedilər. Amma heç bir xəbər yoxdur. Ümumiyyətlə, Qaradağ postu çoxdandır ki, özbaşınalıq edir. İndi isə tamamilə heç kimi saymır, heç kimə hörmət etmir. Buna başqa ad vermək olmur”.

Qeyd edək ki, sürücü hələ də "Mercedes sprinter" markalı, 99-XD-482 dövlət qeydiyyat nişanlı maşınını postdan təhvil ala bilməyib.

“MediaPost”

Xəbərlər şöbəsi

Gündəm