Qaret Beyl Uels millisinin tarixinə düşüb
25.11.2022 14:05 Futbol

Qaret Beyl Uels millisinin tarixinə düşüb

ABŞ-ın "Los-Anceles" klubunda çıxış edən Qaret Beyl Uels millisinin tarixinə düşüb.

MediaPost xəbər verir ki, 33 yaşlı hücumçu buna Qətərdə təşkil olunan dünya çempionatında İrana seçməsinə qarşı II tur oyununda meydana çıxmaqla nail olub.

Beyl yığmada 110-cu matçında iştirak edir. O, komanda yoldaşı Kris Qanteri (109) geridə qoyub.

Qeyd edək ki, Kris Qanter DÇ-2022 üçün yığmaya çağırılsa da, hələlik meydana çıxmayıb.

news department

Gündəm