Qarğa qadının pulunu qapıb apardı - VİDEO
09.02.2020 15:58 Dünya

Qarğa qadının pulunu qapıb apardı - VİDEO

"Report" "AHaber"ə istinadən xəbər verir ki, bu gün Marmarayda qadın sərnişin "İstanbul kart"a pul mədaxil etmək üçün əsginazı ödəniş terminalına yerləşdirib. Bu zaman bir qarğa ona yaxınlaşaraq paltarının ətəyini dimdikləyib. Nəticədə qadın qorxaraq kənara çəkilib. Qarğa isə aparata yaxınlaşaraq kağız pulu götürüb. Qadın "quş pulumu apardı" deyərək onun ardınca qaçsa da, qarğa bir müddət sonra gözdən itib.

Qeyd edək ki, bu, İstanbulda ikinci belə hadisədir. Belə ki, 2016-cı ildə Terazidere metro stansiyasında Nesibe Koç kartına pul yüklədikdən sonra yerə düşürmüş, bir qarğa da onu almışdı.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm