Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb
18.12.2019 13:36 Rəsmi

Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb

Mediapost.az xəbər verir ki, sərəncamla Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Xəbərlər departamenti

Gündəm