Qaxda avtomobil qəzası üstündə döyülən şəxs xəstəxanada ölüb
18.12.2019 09:15 Hadisə

Qaxda avtomobil qəzası üstündə döyülən şəxs xəstəxanada ölüb

“Report”un xəbərinə görə, bir neçə gün əvvəl Rusiya vətəndaşı Vüsal Musayevin sərnişin qismində əyləşdiyi Mübariz Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə Şükür Mahalovun idarə etdiyi “Mercedes-Benz” markalı maşını Qax rayonunun “Ulu” körpü adlanan ərazidə toqquşub.

Daha sonra V.Musayev avtomobildən düşərək tanımadığı Ş.Mahalovla mübahisə edib, onun sifət nahiyəsinə yumruqla vurub.

V.Musayevin barəsində Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hadisə nəticəsində xəsarət alan Ş.Mahalov Bakı şəhərinə aparılıb, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Daha sonra, o, xəstəxanada ölüb.

Qax Rayon Polis Şöbəsində V.Musayevin ittiham olunduğu CM-nin 221.1-ci maddəsi 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub və aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Qax rayon Prokurorluğuna göndərilib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm