Qaynını tüfənglə atəş açıb yaraladı
17.04.2020 12:38 Kriminal

Qaynını tüfənglə atəş açıb yaraladı

Xaçmazda silahlı insident yaşanıb.

"MediaPost" xəbər verir ki, hadisə dünən saat 23 radələrində rayonun Ağtala kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb. Nəticədə onun bud nahiyəsinə xəsarət yetirib.

Bu barədə rayonun polis şöbəsinə məlumat daxil olub.

Hüquq mühafizə əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm