Qazaxda toy karvanında atəş açılıb, polis araşdırmaya başlayıb - FOTOLAR
11.11.2019 07:57 Gündəm

Qazaxda toy karvanında atəş açılıb, polis araşdırmaya başlayıb - FOTOLAR

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

Mediapost.az





Xəbərlər departamenti

Gündəm